Azərbaycanda dini icma sədrinin gizli fəaliyyəti aşkarlandı
Bizi izləyin

Sosial

Azərbaycanda dini icma sədrinin gizli fəaliyyəti aşkarlandı

O, dini icma sədrliyindən uzaqlaşdırılıb.

Azərbaycanda dini icma sədri qanunsuz fəaliyyətə və gizli dini yığıncaq təşkil etdiyinə görə cəzalandırılıb.

Göyçay rayon "II Ərəbcəbirli kənd məscidi" dini icmasının sədri Məmmədov Ruslan Ənvər oğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən deyil, başqa mənbələrə aid təqvimdən istifadə edərək dini ayinlər icra edib. Bundan başqa, sədri olduğu icmaya aid məsciddə yox, sakini olduğu Qəbələ rayon Duruca kəndində bir qrup şəxslə gizli dini ocaq yaradıb və məscid adlandıraraq, orada qanunsuz fəaliyyət göstərib.

R.Məmmədov artıq dini icma sədrliyindən uzaqlaşdırılıb. İcmadan uzaqlaşdırıldıqdan sonra onun bu fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qurumlara məlumat verilib, araşdırma aparılır.

R.Məmmədovun yerinə isə qeyd olunan icmaya Şirəliyev Rəşad Cavad oğlu sədr seçilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm