Sosial
TƏLƏSİN! - Sosial evlərə qeydiyyat başladı - - VİDEO
Bu gündən Bakıda ucuz - sosial evlərə qeydiyyat
başlayaır. "Güzəştli mənzil" sistemi vasitəsilə müraciətlərin
qeydiyyatı elektron hökumət portalında olacaq.
Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli
mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir
kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə
www.mida.gov.az və ya www.mida.az "internet-saytları”nın ana
səhifəsində yerləşən "GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə
tanış olmaq mümkündür. Saytın bu bölməsində "Elektron hökumət”
portalında yerləşən "Güzəştli mənzil” sisteminə daxil olmaq üçün
keçid də təqdim olunub.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş
elektron imza vasitəsilə mümkün olacaq.
Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət” mərkəzlərindən
əldə edə bilərlər.
Bu layihə çərcivəsində ilk bina Yasamal rayonunda inşa edilir.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda
tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq.
Kompleksdə mənzillər 1-2 və 3 otaqlıdır.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2
otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75
kvadratmetr olacaq. Binalar 9-12 mərtəbə olacaq. Burada mənzillərin
16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar
olacaq. Evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.
(ann.az)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK