İlanlarla yaşayan məcburi köçkünlər: “Beşikdəki körpəmin başının üstündə idi” - - FOTO/VİDEO
Bizi izləyin

Sosial

İlanlarla yaşayan məcburi köçkünlər: “Beşikdəki körpəmin başının üstündə idi” - - FOTO/VİDEO

Bu il ilan və əqrəblər daha çox aktivləşib.

Mingəçevirdəki məcburi köçkünlərin məskunlaşdığı ərazi ilanların hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, ilanlar həmin ərazini mühasirəyə alıb. Səmərqənd Əhmədova deyir ki, iki gün öncə qonşulardan biri beşikdə yatan körpəsinin başı üzərində ilan görüb. Həmin vaxt körpənin valideyni əlindəki dəyənəklə ilanı öldürüb.

Sakin: "Yemək yedik, boşqabları götürüb qapıdan çıxanda mənimlə qarşılaşdı. Boşqabları vurdum yerə qaçdım, qışqıranda qonşu gəlib öldürdü. Hər yandan çıxırlar".

Ərazidə yaşayanlar bildirir ki, bu il ilan və əqrəblər daha çox aktivləşib.

Sakin: "60 sm uzunluğunda olur. Baş barmaq boyda".

Mingəçevir şəhər Dezinfeksiya idarəsinin şöbə müdiri Zahid Məmmədov bildirir ki, 3 il öncə həmin ərazidə dezinfeksiya işləri görülüb. Hazırda isə dezinfeksiya işləri idarə ilə bağlanan müqaviləyə əsasən aparılır. O, bildirir ki, həmin ərazilərdə ilan yayılmasından xəbərsizdirlər. (ARB TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm