Sosial
“Milli ön” terminallarında problem yarandı
Bu gün səhər saatlarında "Şamaxinka"dan "20 Yanvar" metrostansiyasına kimi olan dayanacaqlarda quraşdırılan "Bakı kart", “Milli ön” terminallarında problem yaranıb.
Terminallar işləmədiyindən istifadəçilər əməliyyat həyata keçirə bilməyib. Yaranan bu problem yüzlərlə sakini yolda qoyub.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a açıqlamasında hadisədən xəbərdar olduqlarını və aidiyyəti şöbə əməkdaşlarına bu barədə məlumat verdiklərini deyib:
“Əməkdaşlarımız ərazidə olub problemi aradan qaldıracaq, yaranma səbəbini araşdıracaqlar”.
“MilliÖn” şirkətindən də bildirdilər ki, qeyd olunan problemdən xəbərdardırlar:
“Təkcə həmin ərazi deyil, ümumiyyətlə terminallarımızın hər hansı birində problem varsa, biz bunu elektron sistemdə görə bilirik. Problem aşkarlanan kimi texniki şöbəmizin əməkdaşlarına məlumat verilir. Onlar da problem aradan qaldırır. Terminallarda yaranmış problem texniki səbəbdəndir. Ümumiyyətlə, bu sistemlərdə texniki nasazlıq qaçılmazdır. Bəzən isə müştərilərin tərəfindən yanlış müdaxilələr problem yarada bilir”.
Gülxar
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO