Azərbaycan Universitetində şorta və “vyetnamka”ya qadağa qoyulubmu?
Bizi izləyin

Sosial

Azərbaycan Universitetində şorta və “vyetnamka”ya qadağa qoyulubmu?

Bu gün bəzi media orqanlarında Azərbaycan Universitetində oğlan tələbələrin təhsil ocağına şortla gəlməsinə qadağa qoyulduğu barədə xəbərlər yayılıb.

Universitetin tələbəsi Əli Zeynallının sözlərinə görə, dünən universitetə gedən zaman mühafizəçi onu içəri buraxmayıb. Tələbə səbəbini soruşanda isə ona rəhbərliyin bu baərədə tapşırığı olduğu deyilib.

Qeyd edək ki, nə Təhsil Nazirliyinin, nə də Azərbaycandakı heç bir universitetin təlimatında geyimlə bağlı hər hansı qadağa yoxdur.

Məsələnin həqiqətə nə dərəcədə uyğun olduğunu öyrənmək üçün Azərbaycan Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Lalə Dilənova ilə əlaqə saxladıq:

O bildirdiki, universitetdə tələbələrin geyimi ilə bağlı hər hansı qadağa yoxdur və heç vaxt da olmayıb:

“Mühafizəçi tələbəyə tövsiyə verib və bu da yaxşı nəticələnməyib. Çünki rektorun belə bir tapşırığı yoxdur. Deməli, tələbədən bunu tələb etməyə heç bir işçinin ixtiyarı çatmır. Dediyim kimi, bu hadisə sadəcə olaraq, tövsiyə xarakterli fikrin yanlış anlaşılması olub. Bizdə nə şort, nə “vyetnamka”, nə də başqa bir geyimə qadağa yoxdur”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm