Bayram günləri işığınız sönərsə...
Bizi izləyin

Sosial

Bayram günləri işığınız sönərsə...

”Azərişıq” ASC Ramazan bayramı günlərində məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edib.

ASC-dən Publika.az-a verilən məlumata görə, məqsəd bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır.

Bu məqsədlə ”Azərişıq” ASC Ramazan bayramı günlərində Cəmiyyətin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edib.

"199 saylı çağrı mərkəzi Bakı şəhəri və regionlarda 24 saat abonentlərin xidmətində olacaq. Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm