Sosial
Bakı dünyanın ən ucuz şəhərləri sırasında - REYTİNQ
Beynəlxalq konsaltinq şirkəti olan "Mercer"in tərtib etdiyi "Cost of Living Survey 2017" adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir.
Publika.az xəbər verir ki, reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib.
Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb.
Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda
qazanıb. Onun ardınca Honkonq, Tokio, Surix və Sinqapur gəlir. İlk
onluğa həmçinin Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern
daxildir.
Moskva reytinqin 14-cü pilləsində qərarlaşdığı halda,
Sankt-Peterburq 36-dır.
Bakı 209 ölkə arasında 182-ci yerdə qərarlaşıb. Belarusun
paytaxtı Minsk 200-cü, Gücrcüstanın paytaxtı Tbilisi isə 204-dür.
Ukraynanın paytaxtı Kiyev yalnız 163-cü yerlə kifayətlənməli
olub.
Ən ucuz şəhərlər isə Afrikanın Blantayr və Vindhuk, Skopye
(Makedoniyanın paytaxtı), Bişkəkdir (Qırğızıstanın paytaxtı).
Qeyd edək ki, dünyanın ən iri transmilli şirkətləri öz fəaliyyətində "Mercer"in reytinqlərindən və araşdırmalarından istifadə edir. (apa)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?