Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlandı - VİDEO
Bizi izləyin

Sosial

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlandı - VİDEO

Təkbaşına irəliləyən əsgər qarşısına çıxan hər kəsi məhv edir... Düşmənin hərbi texnikasını, onların bazasını hədəfə alaraq dəqiq atəşə tutur.

İlk baxışdan adi bir hərbi oyuna bənzəyir. Amma bu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş bir animasiyadır.
Animasiya Türkiyədə hazırlanıb. Videoda Mübarizin düşmənlə təkbaşına necə döyüşməsi əks edilib.
Animasiyada Mübarizin hər addımı bunu hazırlayan şəxsin dilindən şərh edilir.

Animasiyada ən diqqətçəkən məqamlardan biri Mübarizin Ermənistan prezidentinin kortejini atəşə tutaraq həm avtomobilləri, həm də Sarkisyanı məhv etməsi əks edilib.

10 dəqiqədən çox davam edən animasiya qısa zaman ərzində minlərlə insan tərəfindən izlənib.
Sosial şəbəkələrdə proqramçı gəncin Milli Qəhrəman Mübariz İbrahimov haqqında animasiya hazırlaması böyük rəğbətlə qarşılanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

(xezerxeber)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm