“Nəzir qutuları” ilə bağlı UNİKAL ADDIM: bundan sonra ziyarətgahlarda toplanan vəsait...
Bizi izləyin

Sosial

“Nəzir qutuları” ilə bağlı UNİKAL ADDIM: bundan sonra ziyarətgahlarda toplanan vəsait...

“Ziyarətgahlarda toplanan vəsait mətbuatda yazılan, yaxud insanların düşündüyü kimi deyil. Bu vəsaitlər açılarkən prosesdə media nümayəndələrinin iştirakı ilə bağlı Şeyxülislama təklif vermişik”.

Publika.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, bunun ziyarətgahlarda toplanan vəsaitlə bağlı yanlış təsəvvürü aradan qaldıracağını deyib: “İnsanlar bilməlidir ki, hətta böyük dini bayramlardan sonra belə bu ziyarətgahlarda düşünülən qədər böyük vəsaitlər toplanmır”.

M.Qurbanlı onu da vurğulayıb ki, dini ianə ilə imamları yaşatmağın mümkün olması ilə bağlı fikirlər yanlışdır: “Onlar da maaş almalıdır, çünki məscidlərin özünün xərcləri var. Media buna diqqət etməlidir. Həmçinin bəzi mətbuat orqanlarında bəzən dini qrupların lideri kimi ifadələr də görürük, hesab edirəm ki, bu da yanlış yanaşmadır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm