Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin nümayəndə heyəti BAKIDA
Bizi izləyin

Sosial

Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin nümayəndə heyəti BAKIDA

Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 18-19 iyul 2017-ci il tarixlərində ölkəmizə rəsmi səfər etmişdir.

Pakistan nümayəndə heyəti, əvvəlcə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və nazir müavini Tapdıq Əmiraslanovun iştirakı ilə Pakistan nümayəndə heyəti ilə görüş keçirilmişdir. Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir müavini Faiq Tağı-zadə nazirliyin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs etmişdir. Nazir müavini vurğulamışdır ki, dost və qardaş ölkə olan Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyi ilə məhsuldar əməkdaşlığın böyük potensialı vardır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayat bildirmişdir ki, gündən-günə inkişaf edən Azərbaycanın paytaxtı Bakının gözəlliyi nümayəndə heyətində böyük təəssürat yaratmışdır. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat vermiş, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olmuşlar.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin FHN Akademiyası və Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində də olması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm