Əmək pensiyaçılarının sayı açıqlandı
Bizi izləyin

Sosial

Əmək pensiyaçılarının sayı açıqlandı

2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

"Onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə əmək pensiyası alır. Ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikasının cari ildə də davam etməsinə imkan verib", - deyə o vurğulayıb.

Şöbə müdirinin sözlərinə görə, cari ilin əvvəlindən Azərbaycan prezidentinin sərəncamına əsasən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə (12,4%) uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub: "Ümumilikdə, cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata çatıb. O cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği də 6,4% artaraq 224 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan yaradıb". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm