Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK
Bizi izləyin

Sosial

Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan uşaqların doğumunun qeydiyyata alınması ilə bağlıdır.

Qüvvədə olan Qaydaya əsasən indiyə qədər doğumun qeydiyyata alınması üçün valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd tələb edilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunub. Dəyişikliyə əsasən bundan sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması yetərli olacaq. Doğumun qeydiyyata alınması üçün valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd isə tələb edilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm