Azərbaycanda ŞOK STATİSTİKA: Boşanmaların orta yaş həddi...
Bizi izləyin

Sosial

Azərbaycanda ŞOK STATİSTİKA: Boşanmaların orta yaş həddi...

Azərbaycanda ötən il 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 373, bu yaşlarda boşanan qadınların sayı isə 173 nəfər olub.

Publika.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən il 18 yaşında boşanan kişilərin sayı iki olub. 30-34 yaş qrupunda olan kişilər arasında boşanma daha çox qeydə alınıb. Belə ki, 30-34 yaş qrupunda 3198, 25-29 yaş arasında 2725, 35-39 yaşında 2288, 50-54 yaş qrupunda 746, 55-59 yaş qrupunda isə 448 kişi ayrılıb.

Ötən il 18 yaşında nikahı pozulan qadınların sayı 39, 19 yaşında ayrılanların sayı isə 132 olub.

Qadınlar arasında boşanma daha çox 25-29 yaş qrupunda (3453) qeydə alınıb.

20-24 yaş qrupunda 2348, 30-34 yaşında 2612, 35-39 yaş qrupunda 1614, 40-44 yaş qrupunda 1095, 45-49 yaşlarında 781, 50-54 yaş qrupunda 503, 55-59 yaş qrupunda isə 286 boşanma halı qeydə alınıb.

Qeyd edək ki, ötən il ümumillikdə 13 114 boşanma qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm