• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

Qara magiyada istifadə edilən qurd yağı nədən hazırlanır? - VİDEO

  • Sosial
  • 13 Avqust 2017 01:00
  • 983 Baxış
Qara magiyada istifadə edilən qurd yağı nədən hazırlanır? - VİDEO

Son günlər sosial şəbəkələrin və internet mediasının gündəmində müzakirə mövzusuna çevrilən məsələlərdən biri də qurd yağıdır. Qara magiyada ən çox istifadə edilən bu vasitənin təsirinə inanlar da var, inanmayanlar da. Bəs bu yağ nədən hazırlanır və daha çox hardan alınır?

Publika.az Xəzər TV-yə istinadən bildirir ki,neqativ enerjini özündə əks etdirdiyi iddia olunan qurd yağı falçıların daha çox köməyinə çatır. Bu həm də qara magiyanın ən təsirli vasitələrindən hesab olunur. Qurd yağının nədən hazırlanması isə bəzən onu əldə etməyə çalışanları maraqlandırmır. Lakin son zamanlar bu vasitənin hazırlanma qaydası müzakirə obyektinə çevrilib. Bəziləri bu yağın həşarat qurdlardan hazırlandığını deyir.

Həkim parapsixoloq deyir ki, sözügedən yağ canavarın piyindən hazırlanır. Onun sözlərinə görə, qara magiyada canavarın pəncəsindən və dişindən də istifadə edilir. Hətta qurd yağının şəhərdəki bəzi mağazalarda gizli satıldığı belə irəli sürülür.

Bir neçə belə mağaza ünvanları öyrənib biz də müştəri kimi bu vasitəni almaq istədik. Lakin "yox" cavabı aldıq.

Bununla belə öyrəndik ki, hansısa falçının vasitəçiliyi ilə mağazaya müraciət etsək qurd yağını rahat şəkildə ala bilərik.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>