Azərbaycanlı gəncin Dünya Skaut Komitəsinə namizədliyi irəli sürülüb
Bizi izləyin

Sosial

Azərbaycanlı gəncin Dünya Skaut Komitəsinə namizədliyi irəli sürülüb

Bakıda 41-ci Dünya Skaut Konfransı öz işini davam etdirir.

Publika.az xəbər verir ki, konfransın ikinci günündə Dünya Skaut Komitəsinə namizədlərin təqdimatı olub.

Təqdim olunan 19 namizəddən 12-si səsverməyə qoyularaq 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə üzv seçiləcək.

Namizədlərdən biri Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllıdır. O, komitəyə namizədliyi irəli sürülən iki gənc namizəddən biridir. Səsvermənin nəticələri sabah - konfransın üçüncü günündə məlum olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm