Sosial
Azərbaycanda reklamla bağlı zərərli proqram təminatlarının sayı artıb
Slovakiyanın "ESET" informasiya texnologiyaları şirkəti Azərbaycanda 2017-ci ilin iyul ayında zərərli proqram təminatlarının fəaliyyətinə dair hesabat açıqlayıb.
Publika.az bildirir ki, şirkətdən "Report"a verilən məlumata görə, hesabat "ESET Live Grid" bulud sistemi vasitəsilə tərtib olunub.
"ESET" mütəxəssisləri bu qənaətə gəliblər ki, "Stantinko" adlı geniş yayılmış kiberhücumun məqsədi arzuolunmaz reklamların yayılmasıdır. Bu təhlükə azı 2012-ci ildən mövcuddur və hazırda təqribən 500 min kompüteri əhatə edib. Virusun qurbanları sırasında Rusiya və Ukraynadan olan kompüter istifadəçiləri üstünlük təşkil edir.
Bununla belə, Azərbaycanda "Stantinko" elə də aktiv deyil. Arzuolunmaz reklamların nümayişinə digər proqramlar (JS/Adware.BNXAds, Win32/Adware.PBot və s.) liderlik edirlər. Amma ölkədə reklamla bağlı zərərli proqram təminatlarının sayı artıb.
Qeyd edək ki, bu ilin may ayında Azərbaycandan olan "ESETNOD32" antivirus proqramının istifadəçilərinin 7,06%-i kompüterlərinin zərərli proqram təminatlarına yoluxma cəhdləri ilə üzləşiblər.
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR