Ağcaqanadları qovan bitkilər
Bizi izləyin

Sosial

Ağcaqanadları qovan bitkilər

Publika.az bildirir ki, ens.az ağcaqanadların qoxusuna dözə bilmədikləri bitkiləri əks etdirən maraqlı yazı ilə çıxış edib. Həmin məqaləni oxuculara təqdim edirik.

1. Rehyan

Ağcaqanadlar və mığmığalar bu bitkinin iyinə dözə bilmirlər. Onu evin yanında, ətrafında günəş düşən istənilən yerdə qoya bilərsiniz və ya hətta pəncərə qarşısında dibçəkdə yerləşdirə bilərsiniz.

2. Pişik nanəsi

Əgər siz bu bitkini bağa qoysanız, nəinki öz pişiyinizi sevindirəcəksiniz, həm də ağcaqanadlardan canınızı qurtaracaqsınız. Həmçinin onun gözəl çiçəklərinə baxaraq estetik həzz alacaqsınız.

3. Limon otu

Siz yəqin bilirsiniz ki, bu bitkinin yağını aromatlı şamlara əlavə edirlər. Yeyilməyən limon otu sizi ağcaqanadlardan xilas edəcək. Bu bitkini qoyarkən ehtiyatlı olmaq lazımdır, belə ki, onun qatılaşmış yağı dərini qıcıqlandıra bilər.

4. Dərman bədrənci

Bu bitki çox sürətlə böyüyür və öz iyi ilə ağcaqanadları qovur. Təcrübəli bağbanlar hər il bədrəncin yerini dəyişdirməyi məsləhət görür.

5. Limon kəklikotusu

Bu bitkinin sərinləşdirici iyi ağcaqanadların xoşuna gəlmir. Kəklikotu günəşli və quru yerdə daha yaxşı böyüyür.

6. Nanə

Nanə nəinki sizi həşəratlardan xilas edir, həmçinin sərinləşdirici kokteyllərin hazırlanması üçün istifadə edilə bilər.

7. Lavanda

Lavandanın ətri sakit atmosfer yaradır, lakin arıdan başqa heç bir həşərat ona dözmür. Siz nəinki onu öz bağınızda becərə bilərsiniz, həmçinin bu bitkindən evdə herbari düzəldib evdə əla ətirdən zövq ala bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm