Sosial
Qənirə Paşayeva ÜSYAN etdi: “Bu cür əxlaqsız kişilərin...”
“Əxlaqsız "kişi"lərin cəmiyyətdə rahat gəzməsinə imkan vermək olmaz”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva21 yaşlı qadının yaxın qohumu tərəfindən zorlanması hadisəsinə münasibətində deyib.
Hadisəyə feysbuk hesabından münasibət bildirən millət vəkili zorakılığa məruz qalan qadınların ailələri ilə arasında uçurum olduğu müddətcə bu cür hadisələrin daha da eybəcər hal alacağını vurğulayıb:
“Qadınlara qarşı onların köməksizliyindən, utanıb ailəsinə xəbər verməyəcəyindən istifadə edərək bu dəhşətli cinayəti törədənlərin hamısına qarşı cəzalar sərtləşdirilməlidir. İnsanlar utanmamalıdırlar və belə hallarda mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Bu cür əxlaqsız "kişi"lərin cəmiyyətdə rahat gəzməsinə imkan vermək olmaz. Onlar layiq olduqları cəzanı almalıdırlar ki, bu niyyətdə olanlara ağır dərs olsun”.
Qeyd edək ki, ötən gün yayılmış rəsmi məlumata görə, 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Məftun Bayramov 21 yaşlı qohumu G.Məmmədliyə (şərti adı) bir il müddətində təcavüz edib.
O, Sumqayıt şəhərində yaşayan G.Məmmədlini zorlayarkən hadisələri videogörüntüyə alıb və onu bu görüntülər vasitəsilə dəfələrlə şantaj edib.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək