Könül Xasıyevaya qarşı dələduzluq
Bizi izləyin

Sosial

Könül Xasıyevaya qarşı dələduzluq

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Publika.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".

Könül Xasıyevanın verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Avtomaşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm