Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir
Bizi izləyin

Sosial

Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir

Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək.

Publika.az report-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb.

Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir - bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır.

Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir.
Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm