Abşerondakı dəri sexi sakinləri narahat edir: "Üfunətdən nəfəs almaq mümkün deyil" - VİDEO
Bizi izləyin

Sosial

Abşerondakı dəri sexi sakinləri narahat edir: "Üfunətdən nəfəs almaq mümkün deyil" - VİDEO

Yaxınlıqda dəri sexinin fəaliyyət göstərməsi bir neçə sakinin narazılığına səbəb olub. Dəri sexindən çıxan üfunət ətraf ərazini bürüdüyündən sakinlər üçün problem yaranır.

Publika.az bildirir ki, söhbət Abşeron rayonu, "Mexkalon" qəsəbəsində yaşayan sakinlərdən gedir. Onların sözlərində görə, 3 aydan artıqdır ki, burada dəri sexi fəaliyyyətə başlayıb. Elə o vaxtan ərazidə problem yaranıb. Sakinlər deyir ki, sexdə qoyun və mal dərisi emal edilən zaman pəncərələrdən birbaşa ətrafa, yəni evlərə doğru pis qoxu yayılır.

Bəzi sakinlər isə iddia edirlər ki, sexdən çıxan qoxu səbəbindən onların səhətində də problem yaranıb.

Sakinlərin şikayəti ilə bağlı həmin sexə getdik. Dəri sexinin sahibi Ramil Həsənov deyir ki, burada həqiqətən də mal və qoyun dərisi gətirilərək emal edilib, satılır. Onun sözlərinə görə, bu sexin fəaliyyət göstərməsi üçün bütün sənədləri qaydasındadır. Hətta sakinlərin şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit Milli Monitorinq Departamenti tərəfindən ayın 28-də sex və onun ərazisində monitorinqdə aparılıb.Verilən rəydə qeyd olunur ki, havada dəri emalı zamanı yaranan qoxunun müşahidə olunmasına baxmayaraq, zərərli qaz qarışıqları ətraf mühit üçün yol verillən hədd daxilindədir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, həmin ərazidə yenidən monitorinq aparılacaq və yekun rəy veriləcək.

Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm