Sosial
Bu sahədə çalışanların əmək haqqı artdı
Bu ilin yanvar-iyun aylarında Bakıda bir sıra sektorlarda çalışanların əmək haqqı artıb.
Bu barədə Publika.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,8 faiz artaraq 776,7 manat olub.
Bu aylarda inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 60,0 min nəfər olub, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 1063,4 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 14,0 faiz azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 12,9 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 12,0 faiz artıb.
Sənayedə işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 1481,1 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 12,6 faiz, emal sənayesində 5,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 12,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artıb.
Bakı şəhərində 2017-ci ilin IIrübündə 18292yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi iş yerləridir. 2017-ci ilin II rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,0 faiz artıb.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı