Sosial
Binəqədi rayon İcra nümayəndəliyi Cocuq Mərcanlıya səfər edib
Binəqədi rayon İcra nümayəndəliyi Cocuq Mərcanlıya səfər edib.
Publika.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri olub.
Sentyabr ayının 6-da başlanılan səfər çərçivəsində nümayəndə heyəti Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Daha sonra həmin qəsəbədə inşa edilmiş yeni məktəb binasına gedən nümayəndə heyəti məktəbə zəruri olan müxtəlif hədiyyələr, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, dərs vəsaitləri, idman formaları və zəruri texniki avadanlıqlar hədiyyə edib. 96 şagird üçün nəzərdə tutulan məktəb binası lazımı avadanlıqlarla təchiz edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin
tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilən Şüşa
məscidinə bənzər məscidi ziyarət edib.
Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri
tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət
nəticəsində həlak olmuş Zəhra Quliyeva və onun nənəsi Sahibə
Allahverdiyevanın məzarını ziyarət edərək gül qoyublar.
Könül Cəfərli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!