Döyülən avtobus sürücüsü və DİN-dən İKİ FƏRQLİ MÜNASİBƏT
Bizi izləyin

Sosial

Döyülən avtobus sürücüsü və DİN-dən İKİ FƏRQLİ MÜNASİBƏT

Dünən saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Qüdrət Kərimovu döyən şəxsin saxlanılıb-saxlanılmaması barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti dolğun məlumat vermir.

Publika.az-ın əməkdaşı bu gün səhər saatlarından nazirliyin mətbuat xidməti ilə əlaqə saxlasaq da, sualımıza cavab ala bilmirik. Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə əvvəl zəngimizə cavab verərək, sürücünü döyən şəxslə bağlı tədbir görüldüyünü bildirsə də, həmin şəxsin kimliyi və barəsində hansı tədbirin görüldüyü barədə məlumat vermədi. Bildiridi ki, hadisə ilə bağlı nazirliyə sorğuların çoxluğunu nəzərə alaraq ətraflı məlumat DİN-in saytında kriminal xronikada yerləşdiriləcək.

Yenilənən kriminal xronika bölməsində məlumat yerləşdirilmədiyindən O. Mansurzadəyə zəng edib məlumat almaq istədik.

O, hadisənin yeni baş verdiyini və məlumatın saytda sabah yerləşdiriləcəyini bildirdi. Daha sonra isə artıq jurnalist zənglərinin çoxluğunu nəzərə alaraq şifahi açıqlama vermək məcburiyyətində olduğunu, lakin bunu bizə yox, bu gün səhər saatlarında telefonuna ilk zəng edən mətbuat əməkdaşına verə biləcəyini dedi.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova şikayətimizdən sonra O.Mansurzadə ilə yenidən əlaqə saxladıq. O, əvvəlki açıqlamasından fərqli olaraq sürücü Q.Kərimovu döyən şəxsin tapılmadığını, onun axtarışı istiqamətində tədbirlər görüldüyünü dedi: “Hələ ki, həmin şəxs saxlanılmayıb. Axtarışlar davam etdirilir”.

Ona əvvəlki açıqlamasını xatırladanda isə cavabı belə oldu: “Mənə etibarlı şəxslər həmin şəxsin saxlanılması və barəsində tədbir görülməsi barədə məlumat vermişdi. Ona görə mən də elə açıqlama verdim. Təkrar məsələni araşdırdım, məlum oldu ki, həmin şəxsin axtarışı davam etdirilir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm