Sosial
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlanıb.
Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi
Ağayev APA-ya açıqlamasında bildirib ki, Lütfi Zadənin
nəşinin sentyabrın 29-u Bakıya gətirilməsi gözlənilir.
"Daşınma şirkətindən əldə etdiyimiz məlumata görə, alim Lütfi
Zadənin nəşi sentyabrın 26-da San Fransiskodan yola salınacaq. Ayın
29-da Bakıya çatması gözlənilir"- deyə, o bildirib.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim
Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa
(Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya
gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı
ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində
Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına
gəlib.
O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında
ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük
uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və
təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq
nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin
professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru
seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor
təşkilatlarının fəxri sədridir.
Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda
onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya
şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan
qeyri-səlis məntiq nəzəriyyəsidir.
20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən
qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon
alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş
nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi
yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.
Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat
edib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü