Sosial
Bakıda “balkon”lar sökülür - - VİDEO
Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları sökülür.
Publika.az xezerxeber.az-a istinadən bildirir
ki, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonları ərazisində
həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, köhnə və müddətini
başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək
yeniləri ilə əvəz olunur. Hazırda rayonun Rəşid Behbudov, Səməd
Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, həmçinin 28 may,
Azadlıq prospekti və Nizami küçəsində olan binalarda təmir işləri
gedir.
Nəsimi rayonu ilə yanaşı, eyvanların yenilənməsi prosesi Xətai
rayonunda da gedir. Rayonun Yusif Səfərov və Afiyəddin Cəlilov
küçələri ilə Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı
əsaslı şəkildə təmir edilib və 470 eyvan yenilənib. Xətai Rayon
İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, hazırda
Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrində 40 eyvanın təmir
işləri aparılır. Eyvanların yenilənməsi işlərinin ilin sonunadək
başa çatdırılması planlaşdırılır. Söküntü işləri Nazirlər
Kabinetinin qərarı əsasında özəl tikinti şirkətləri tərəfindən
həyata keçirilir.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA