"Bu, Azərbaycan seysmoloqları qarşısında duran əsas problemdir" - Akif Əlizadə
Bizi izləyin

Sosial

"Bu, Azərbaycan seysmoloqları qarşısında duran əsas problemdir" - Akif Əlizadə

"Xəzərin seysmikliyi Azərbaycan seysmoloqları qarşısında duran əsas problemdir".

Publika.az xəbər verir ki, bu sözləri AMEA prezidenti Akif Əlizadə “Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı Beynəlxalq konfransında çıxışı zamanı deyib.

A.Əlizadə bildirib ki, artıq bu problemin həlli üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə dib seysmoqrafları alınıb: “Ümid edirik ki, onların qurulması Azərbaycan seysmologiya elminə yeni tədqiqatları aparmağa imkan verəcək”.

A.Əlizadə vurğulayıb ki, son 50-60 ildə Azərbaycanda seysmologiya elmi inkişaf yolu keçib:

“Azərbaycanda seysmologiyanən inkişafı mənim gözlərimin önündə olub. Son 50-60 il ərzində seysmologiya inkişaf edib. Azərbaycanda yer fizikası elmi elə də qədim tarixə malik deyil. Bu elm sahəsi bizdə XX əsrin 50-ci illərindən inkişaf edib. O vaxta qədər bizdə daha çox neft geofizikası inkişaf edirdi. 2000-ci il zəlzələdən sonra mərhum Heydər Əliyevin tapşırığı ilə kinemetrik sistemi gətirildi, azərbaycanlı alimlər öyrədildi. O vaxtdan ölkəmizdə kinemetrikin inkişafı stansiyaların sayı 35-ə çatdırılıb. Geodeziya, Gps stansiyalar, kosmik imkanlarından istifadə seysmologiya elminin kompleks inkişafını göstərir. Bu günəqədər Azərbaycanda bütün zəlzələ ocaqları öyrənilib, geoloji sərhədlər müəyyən edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm