Kəmaləddin Heydərov Şabranda qəbul keçirəcək
Bizi izləyin

Sosial

Kəmaləddin Heydərov Şabranda qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 27-də Şabran şəhərində vətəndaşları qəbul edəcək.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan başlayacaq qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında oktyabrın 26-da saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm