İnsanları intihara sürükləyən 10 səbəb - DİQQƏTLİ OLUN!
Bizi izləyin

Sosial

İnsanları intihara sürükləyən 10 səbəb - DİQQƏTLİ OLUN!

İnsanların qəribə qarşıladığı, “onun yerində mən olsam heç vaxt etmərəm” dediyi, hətta şiddətlə qınadığı intihar hadisələrini müəyyən qədər elə özümüz yaradırıq. Cəmiyyətdə baş verən dəyişikliklər insanların şəxsi mənafeyi uğruna bir digərinin həyatı ilə oynamasından başqa bir şey deyil. Heç düşünmüsüzmü həyatda sizi intihara sürükləyəcək hansı hadisələr baş verir? Elə isə diqqətli olun, intihar edən heç kəs bunu bilərəkdən və planlı şəkildə etmir. Əgər siz də sadalanan məsələlərdən çıxış yolu tapa bilmirsinizsə, özünüzə qapanırsınızsa, intiharın astanasında ola bilərsiz. Belə olan halda mütləq həkimə müraciət etmək vacibdir.

Publika.az insanları intihara sürükləyən 10 dəhşətli faktı təqdim edir:

1. Travmalar

Həyatda bədbəxt hadisələr zamanı (hərbi xidmətdə yaxın dostunun ölümü), cinsi və fiziki istismar, özgüvənsizlik, günahkarlıq hissi, utanma və s. travmalar insanı intihara sürükləyə bilər. Bu sizin psixoloji sarsıntı keçirdiyinizi və köməyə ehtiyacınız olduğunu göstərir. Belə vəziyyətlərdə mütləq həkimə müraciət etmək lazımdır. Özünə qapanmaq tövsiyə edilmir.

2. Zorakılıq

İnsanların çoxu uşaqlıq illərində və ya yeniyetməlik dövründə zorakılığa məruz qalır. O qədər qorxulu görünməsə də, zorakılıq insan psixologiyasında dərin izlər buraxır. Zorakılığa məruz qalan insanlar depressiv vəziyyətdə olur və bu vəziyyətdən asanlıqla çıxa bilmirlər. Böyüklərlə müqayisədə uşaqlar zəif və müdafiəsiz olduqları üçün daha çox zorakılığa məruz qalırlar. Bundan başqa, texnologiya dövründə insanlar "kiber zorakılığa" məruz qalaraq onlayn qurbana çevrilirlər. Bu da sosial şəbəkələr vasitəsilə qazanılan travmalardan biri, bəlkə də ən önəmlisidir. Sosial şəbəkələrdə, saytlarda, müxtəlif bloqlarda istifadəçilər bir-birini utandırır, təhqir edir, hədələyir. Bu hallar isə intihara meyl yaradır.

3. Psixi xəstəliklər

İntiharların çoxu psixi xəstəliklərdən qaynaqlanır. Baxmayaraq ki, artıq bir çox psixi xəstəliklərin müalicə üsulları yaranıb, yenə də bu risk qrupu intihar hadisələrinə liderlik etməkdədir.

Anxiety (təşviş halı), sosial fobiya, panik atak, yaxud obsessiv-kompulsiv pozuntu, bipolar disorder, şiddətli depressiya, şizofreniya və s. kəskin psixi xəstəliklər insanı ani olaraq özündən çıxarır və intihara sövq edir. Yalnızlıq və qorxu hissi insanları xoşbəxt yaşamağa qoymur. İntihar edənlərin 90%-i depressiya, 50%-i isə şizofreniyaya görə intihar ediblər.

4. Narkomaniya

Narkotik maddələrdən və alkoqoldan asılılığı olan insanlar adətən depressiv olurlar. Bir çox insan depressiyanın yaratdığı ağrıdan və ümidsizlikdən qaçmaq üçün narkotik maddələrə sığınır. Alkoqoldan və narkotik maddələrdən asılı olmaq, qısa müddətlik rahatlıq yarada bilir, amma bir müddət sonra bu dərmanlardan istifadə düşüncələri ələ alaraq səni intihara sürükləyir. Beyin qeyri-ixtiyari ölüm əmri verir.

5. Qidalanma pozuntusu

Ümumiyyətlə, yemək yemə pozuntusu insanların emosionallığından və utanma hissindən qaynaqlanır. Hər hansı ictimai yerdə rahat davrana bilmədikdə bu, avtomotik olaraq qəribə görüntü yaradır. Yemək pozuntusu olan şəxslər eyni zamanda ünsiyyət problemləri ilə də qarşılaşır. Bu isə həm fiziki, həm də psixoloji vəziyyətə kəskin təsir edərək insanın yaşamaq eşqini öldürür. Bu hallarda da insan öz-özünə xəsarət yetirə bilər.

6. İşsizlik

İşsizlik, maddi durumun yerində olmaması, bank borcları və s. İşsizlik artıq insanların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Yeni iş axtarışı zamanı insanlar sanki yarış içərisində olur. Qarşıya qoyulan kəskin kriteriyalar isə onların özgüvənini öldürür və özünü yararsız biri kimi hiss etdirir. Əlavə olaraq, cari işə olan nifrət və başqa çıxış yolu olmaması da insanlarda intihar düşüncələri yaradır.

9. Münasibət problemləri

İnsanlar ünsiyyət zamanı müxtəlif tip şəxsiyyətlərlə münasibət qurmalı olurlar. Bu zaman müəyyən fərqli dəyərlər özünü büruzə verir. Bəzi insanlar dostluq əlaqələri və sosial münasibətlər qurmaqda olduqca çətinlik çəkirlər. Digərləri isə dəyərsiz vəziyyətə düşdükləri münasibətləri saxlayaraq, özlərini yalnız və təcrid olunmuş hiss edirlər. Hər iki halda son çıxış yolunu insanlar intiharda görürlər. Bu qrup insanlar arasında LGBT üzvləri çoxluq təşkil edir, çünki bu kimi hallar onlara daha tez təsir edir.

10. Xroniki ağrılar və ölümcül xəstəlik

Həyat boş görünməyə başlayanda, insan özünə tez-tez niyə yaşadığı sualını verir. Bu sual təəssüf ki, özü ilə bərabər tutarlı cavablar gətirmir. Ölümcül xəstəliyə tutulmuş bir çox insanın da yenidən sağlamlığını bərpa edəcəyinə dair ümidləri olduqca az olur. Əgər siz xroniki ağrılardan əziyyət çəkirsinizsə, 3 və ya 6 ay ərzində güclü ağrılardan qurtulun. Əks halda bu ağrılar sizin psixologiyanıza ciddi zərər yetirəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm