Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün SON GÜN
Bizi izləyin

Sosial

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün SON GÜN

Dövlət İmtahan Mərkəzi (DİM) sabah dövlət qulluğuna qəbul üçün imtahan keçirəcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələri üzrə keçiriləcək.

İmtahan test üsulu və kompüter vasitəsilə aparılacaq.

İmtahana qeydiyyat bu gün saat 18:00-da başa çatacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı isə 17 dekabrda keçiriləcəkdir və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm