DGK: Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı şəxs xidmət etmir
Bizi izləyin

Sosial

DGK: Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı şəxs xidmət etmir

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə DGK-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm