Sosial
Jurnalisti təhqir edən direktor cəzalandırıldı - RƏSMİ
Axar.az-ın müxbirini təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib.
Bu barədə Axar.az-a Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib. B.Məmmədov bildirib ki, N.Məmmədova “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub:
“Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyanı keyfiyyətsiz yerinə yetirdiyinə görə direktora Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.
Qeyd edək ki, sözügedən orta məktəbinin müəllimlərindən biri Təhsil naziri Mikayıl Cabbarova məktub yazaraq, məktəb direktorundan şikayət edib və onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş etmişdi.
Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrəndikdə Axar.az-ın əməkdaşını məktəb direktoru təhqir etmiş, səviyyəsiz sözlər demişdi.
Maraqlıdır ki, redaksiyaya ünvanlanan şikayət məktubunda da direktorun iş zamanı tərbiyəsiz sözlərdən, kobud ifadələrdən istifadə etdiyi və işçilərini vaxtaşırı aşağıladığı bildirilmişdi.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?