AZAL-dan xanımlara İŞ TƏKLİFİ
Bizi izləyin

Sosial

AZAL-dan xanımlara İŞ TƏKLİFİ

"Azərbaycan Hava Yolları" (AZAL)QSC qadınlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.

AZAL-dan Publika.az-a verilən məlumata görə, sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; Azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici pasport, diplom, tibbi və xarici dil sertifikatlarının (əgər mövcuddursa) əsli və surətlərini təqdim etməlidirlər.

Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm