Sosial
Əli Məsimli: "Gənclər ailə saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşırlar"
"Azərbaycan büdcəsində ucuz neft və qeyri-müəyyən valyuta proqnozlaşdırılır. Büdcə qəbul edilənə qədər manatın da növbəti il üçün proqnozlaşdırılması ilə bağlı qərar verilməlidir".
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, 2013-cü ildən büdcənin neftdən asılılığını azaltmaq siyasəti həyata keçirilsə də, növbəti ildən büdcənin neftdən asılılığının artdığı müşahidə edilib:
“Mərkəzi Bankın uçot dərəcəsi 15 faiz saxlanılsa, kreditlər o qədər yüksək faizlə olacaq kı, sahibkarlar üçün problemlər yaranacaq. Faiz dərəcəsi yüksəkdirsə, bu faizin bir hissəsinin ödənilməsi üçün əlavə fond yaradıla bilər. Manat asılılığını aradan qaldırmaq üçün müsbət yanaşma olardı. 2018-ci ildə dövlət büdcəsinin sosial yönümünün davam etdiriləcəyi göstərilir. Büdcə xərcləri sturukturuna baxanda sosial xərclərə ayrılan vəsaitin 148 milyon manat, 2.2 faiz artığını görürük. Bu isə əsaslı xərclərdən çox aşağıdır. Bununla yanaşı, problemli kreditlərini həll etmədən maliyyə sağlamlığına nail olmaq mümkün deyil”.
Millət vəkili elmi işçilərinin maaşının da çox aşağı olduğunu deyib:
“Elmi işçilərin maaşı 200 manat civarındadır. Gənclər ailə saxlaya bilmədiklərinə görə elmdən uzaqlaşır. Onlar ailələrini repititorluqla saxlayacaqsa, elmi kim saxlayacaq. Təhsildə diaqnostika və digər vasitələrlə maaşlar artırıldığı kimi elmi işçilərin də maaşı bu kimi üsulla artırılmalıdır”.
Gülxar
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?