UNİCEF: 180 milyon uşağı daha pis gələcək gözləyir
Bizi izləyin

Sosial

UNİCEF: 180 milyon uşağı daha pis gələcək gözləyir

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) dünyada milyonlarla uşağın 20 il öncəki dövrlə müqayisədə daha çətin və təhlükəli şərtlər altında yaşadığını açıqlayıb.

Publika.az xəbər verir ki, fondun Dünya Uşaq Hüquqları günü münasibətilə yayımladığı sənəddə hazırda məktəbə gedən uşaqların sayının azaldığı və şiddət səbəbilə ölən uşaqların sayının artdığı bildirilib.

Sənəddə dünya üzərində hər 12 uşaqdan birinin yoxsulluq içində yaşadığı, məktəbə getmədiyi və ya şiddətin qurbanı olduğu da qeyd edilib.

Yardım fondu 27 ölkədə 180 milyon uşağın valideynlərindən daha çətin həyat şəraitində, olduqca yoxsul formada yaşadığını diqqətə çatdırıb. Bu duruma səbəb isə dünyada yaşanan qarşıdurmalar və hökumətlərin pis işləməsi göstərilib.

UNİCEF-in nümayəndəsi Lourens Çandi son nəsillərin öncəkilərə görə bənzəri olmayan şərtlərə sahib olduğunu, qazanclar əldə etdiyini, lakin “unudulmuş” uşaqların bunun xaricində qaldığını deyib.

Uşaqların vəziyyətinin gün keçdikcə pisləşdiyi ölkələrə Sudan dövləti başçılıq edir. Mərkəzi Afrika Respublikası, Suriya və Yəmən də bu siyahıya daxildir. Yoxsulluğun 14%-dən çox olduğu Zimbabve, Kamerun, Zambiya kimi ölkələrdə isə insanlar günə 1 dollar 90 sent civarında bir məbləğlə yaşamaq məcburiyyətində qalırlar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm