Musa Qasımlı: “Yüngül sənayenin inkişaf etdirilməsinin zamanı çatıb”
Bizi izləyin

Sosial

Musa Qasımlı: “Yüngül sənayenin inkişaf etdirilməsinin zamanı çatıb”

"Büdcənin əvvəlki illə müqayisədə 20 % artması inkişafın göstəricisidir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, gələn il 33 rayonun özünü maliyyələşdirməsi də, mühüm inkişafdır:

“Bir neçə məsələni hökumətin diqqətinə çatdırmaq istəyirəm.

Qida təhlükəsizliyi sahəsində mühüm işlər görülüb, xaricdən asılılıq azalıb. Amma yüngül sənaye istiqamətində müəyyən işlərin görülməsinin zamanı çatıb. Yüngül sənayenin inkişafı yeni iş yerlərinin yaranmasına, gəlirlərin artmasına səbəb ola bilər.

İkinci, dünyada daşqınlar, zəlzələr artıb, təbii fəlakətlər artıb. Bu səbəbdən də xahiş edərdim ki, fövqəladə hallarla bağlı vəsait artırılsın. Çünki bu istiqamətdə nələrin baş verəcəyi öncədən proqnozlaşdırılmır.

Üçüncüsü, ölkənin dəmiryol sistemiminin müasirləşdirilməsinə ehtiyac var. Müharibə əlillərinin, şəhid ailələrinin vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq nazirliyin gördüyü işlər müsbət qarşılanır. Ancaq bu sahəyə ayrılan vəsaitin kifayət etməyəcəyi qənaətindəyəm. Biz insanların arasında oluruq və vəziyyəti bilirik.

Eləcə də, Bakıda hündürmərtəbəli binalarda yaşayanların mənzillərin özəlləşdirilməməsi yaxşı hal deyil. Bunu da diqqətə almaq vacibdir.

Yardımlı rayonunda su, elektrik enerjisi və mavi yanacaqla bağlı mühüm işlər görülüb. Mən hökumətdən xahiş edirəm ki, Yardımlının bəzi kəndləri 2018-ci ildə qazlaşdırılsın”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm