Yevda Abramov: “Rusiyada olan bəzi oğlanlar öz təyyarələri ilə Qubaya enəcək”
Bizi izləyin

Sosial

Yevda Abramov: “Rusiyada olan bəzi oğlanlar öz təyyarələri ilə Qubaya enəcək”

"Büdcəmiz ötən illə müqayisədə 20% artıb. Bu çox gözəl hadisədir. Ötən il büdcəni mzakirə edərkən 2018-ci ildə belə bir büdcəmizin olacağına inanmırdıq. Bu çox müsbət hadisədir və mən büdcə müzakirələrinə optimist enerji ilə gəlmişəm".

Publika.az bildirir ki, bu fikirləri 2018-ci ilin dövlət büdcəsi haqda parlamentdə keçirilən müzakirələrdə iştirak edən millət vəkili Yevda Abramov deyib.

O, eyni zamanda bildirib ki, ölkədə qiymət qalxdısa, enməsi problemdir:

“Xahiş edirəm ki, İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqəti artırsın. Büdcəyə 100% səs verəcəm. Rəqəmlər söyləyib həmkarlarımı yormaq istəməzdim”.

Y.Abramov deputat seçildiyi Quba rayonunun bəzi problemlərini qabardıb və onların həlli üçün hökumətə səslənib:

“Quba-Qonaqkənd-Şamaxı yolunu çəkmək lazımdır. Demirəm ki, 1 ilə bu yol çəkilsin. Biz bilmirik ki,bu yolun layihə həcmi nə qədərdir. Ancaq bu layihə reallaşarsa, azı 50 min insanın rifahına təsir göstərəcək.

İkincisi, Quba-Xaçmaz yolu haqqında məsələni qaldırmaq istəyirəm. Bir il əvvəl bu yolu söküb dağıdıblar, hazırda bərbad durumdadır. 300 min insanın yaşadığı iki rayon arasındakı yol belə olmamalıdır. Amma biz illər əvvəl Qonaqkənddə nümunəvi yol çəkildiyinin şahidi olmuşuq.

Quba hava limanı haqqında danışmaq istərdim. Bölgə Dağıstana, Şahdağ turizm bazasına yaxındır. Rusiyadan Qubaya gəlib-gedən çoxdur. Üstəlik Rusiyada olan bəzi oğlanların öz təyyarələri ilə bu hava limanına enəcəyini nəzərə alsaq, demək, hava limanı effektiv olacaq. Üstəlik bunun üzərinə Təl-Əviv-Quba reysinin açılmasını əlavə etsək, görərik ki, iqtisadçıların bunu tənqid etməsi üçün əsası ola bilməz.

Qeyd edim ki, bəzi həmkarlarımızın həm də digər qurumlarda işləməsi çox müsbət haldır. Həmkarımız Cavid Qurbanov Azərbaycan Dəmir Yolları İdarəsinə rəhbərlik etdikdən sonra inkişaf görünür. Eləcə də, hörmətli Rövnəq Abdullayev də SOCAR-ın prezidenti kimi mühüm işlər görür. Amma Qubada qaz problemi var. İş adamlarının hesabına qaz probleminin həlli üçün 100 min dollardan çox vəsait xərclənib, amma bu problem öz həllini tapmayıb. Xahiş edirəm ki, bu məsələlərə də diqqət edəsiniz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm