Millət vəkili: "Kitabxanaların ölü orqanizmdən canlı orqanizmə çevrilməsi..."
Bizi izləyin

Sosial

Millət vəkili: "Kitabxanaların ölü orqanizmdən canlı orqanizmə çevrilməsi..."

"Büdcə layihəsi real proqnozlara əsaslanaraq, hazırlanıb. Ötən illərlə müqayisədə bütün sahələrə əlavə vəsait ayrılması müsbət haldır".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva 2018-ci il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Millət vəkili büdcə layihəsi ilə bağlı bir sıra təkliflərini də səsləndirib:

“Ötən illə müqayisədə mədəniyyət sahəsində çox vəsait ayrılsa da, dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi üçün yetərli deyil. Bu vəsaiti artırmaqla kitabxanaların ölü orqanizmdən canlı orqanizmə çevrilməsi, film siyasətinin inkişafı, güzəştli ipotekanın müəllimlərə, həkimlərə şamil edilməsi, internat müəssisəsi məzunlarının işlə təminatına diqqət ayrılmasını istərdik.

Buradan həmçinin, iş adamlarına müraciət edirəm ki, hər gün onlarla göydələnlər ucaldılır. Bu mənzillər hesabına aztəminatlı ailələr, uşaq evləri məzunlarının evlə təminatına imkan yarada bilərlər”.

J.Əliyeva millət vəkili seçildiyi bölgənin bəzi problemlərini də diqqətə çatdırıb:

“Zərdab rayonunda yeni məktəb və uşaq bağçalarının tikintisinə ehtiyac var. Məlikli və Körpükənd xəstəxanalarının və rayonun qəzalı vəziyyətdə olan Tarix Diyarşünaslıq Muzeyinin təmirinə vəsait ayrılmasına ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm