Bahar Muradova: "Son dəyişiklik vəkillərin sayının artırılmasını labüd edir"
Bizi izləyin

Sosial

Bahar Muradova: "Son dəyişiklik vəkillərin sayının artırılmasını labüd edir"

"Büdcə layihəsinin komitə iclaslarında müzakirəsi zamanı insan kapitalı əsas məsələ oldu. Büdcə ilə bağlı ümumi vəziyyət yaxşıdır, inkişaf tendensiyası müşahidə edilir".

Publika.az xəbər verir ki, bu sözləri vitse-spiker Bahar Muradova Milli Məclisdə büdcə layihəsinin müzakirələri zamanı bildirib.

O, inkişafla yanaşı, problemlərin də olduğunu və onların aradan qaldırılması üçün büdcə təminatına ehtiyac duyulduğunu deyib:

“İnsan kapitalının inkişafı bütün sahələrdə hüquqlarının qorunmasını təmin edir. Bunu təmin edəcəyiksə, hökumət və dövlət olaraq, qarşımızda duran məsələləri yerinə yetirdiyimizi deyə bilərik. İnsan hüquqlarının qorunması məhkəmə, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə birbaşa bağlıdır. Bu istiqamətdə işlərin çoxluğunu nəzərə alaraq, hakim və vəkillərin sayının artırılmasını, bunun büdcə təminatını xüsusi vurğulamalıyıq. Vəkillərlə bağlı vəziyyət çox ciddidir. Vəkillik rolunu oynayan bir sıra şəxslərin işinin tənzimlənməsi ilə bağlı bu günlərdə qəbul etdiyimiz dəyişiklik vəkillərin sayının artırılmasını labüd edir. İş yükünün çoxluğu səbəbindən işlərin yaxşı araşdırılmaması, istintaq gedişi zamanı yaranan boşluqlar məhkəmə prosesində də çətinlik yaradır. Nəticədə insanlar hüquqlarının pozulması ilə bağlı iddialarını gündəmə gətirirlər”.

B.Muradova qaçqın və məcburi köçkünlərlə bağlı çox işlər görüldüyünü, lakin nə qədər çox iş görülsə də, əlavə tədbirlərə ehtiyac olduğunu deyib:

“Harada məskunlaşmasından asılı olmayaraq onlar da evlə təmin edilmələrini istəməkdə haqlıdırlar. Hesab edirəm ki, qəzalı binalarda olan köçkünlərin tezliklə köçürülməsinə ehtiyac var. Ayrı-ayrı evlər, müəssisələrdə yerləşən məcburi köçkünlərin vəziyyəti də çox ağırdır. Özəl sahənin mülkiyyətində olan məcburi köçkünlərin siyahıya alınmasına ehtiyac var. Çünki çox zaman obyekt sahibləri həmin məcburi köçkünləri sıxışdırır. Bu siyahıyaalmadan sonra həmin məcburi köçkünlərə daha yaxından kömək edə, obyekt sahibləri qarşısında da bu məsələni qaldıra bilərik. Bu məsələdə diferensial yanaşmaya ehtiyac var. Bununla yanaşı, biz daha çox diqqəti şəhid ailələrinə yönəldirik. Lakin bu məsələdə öz rayonlarında yaşayan ailələrdən fərqli olaraq, torpaqları işğal altında olan şəhid ailələrinin müxtəlif rayonlarda məskunlaşmaları səbəbindən siyahıya alınmalarında problemlər var. Bu mənada şəhid ailələrinin qısa zamanda qeydiyyatının aparılmasına ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm