DGK: Rusiyaya ixrac edilən 18 ton pomidorun geri qaytarılması faktı qeydə alınmayıb
Bizi izləyin

Sosial

DGK: Rusiyaya ixrac edilən 18 ton pomidorun geri qaytarılması faktı qeydə alınmayıb

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilir ki, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Məlumatda deyilir ki, hazırda Rusiya ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm