Nazir müavini: “Əmək pensiyaları artacaq”
Bizi izləyin

Sosial

Nazir müavini: “Əmək pensiyaları artacaq”

Parlamentdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanunun layihəsi müzakirə edilib.

Publika.az-ın məlumatına görə, Milli Məclisdə çıxış edən əmək və əhalisinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, Prezident İlham Əliyevin uzaqgörən, çevik islahatları ölkənin yeni şəraitə uyğunlaşdırmaq və inkişafını təmin etməkdə əsas olub.

Nazir müavini bildirib ki, bu siyasətin mühüm istiqamətlərindən biri də sosial müdafiə ilə bağlıdır:

“Son illər bu sahədə həyata keçirilən yeniliklər şəffaflıq və səmərəlilik prinsipini ortaya qoyub. Hazırda 1 milyon 330 min insan əmək pensiyası alır. 400 mindən çox vətəndaşa ünvanlı sosial yardım ödənilir. Ümumilikdə müvafiq icra hakimiyyəti orqanı hər ay üçün pensiyalara və sosial müavinətlərə 300 milyon manat ödəyir. 2018-ci ildə ölkədə orta aylıq əmək haqqı 550 manat planlaşdırılır. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3 milyard 578 milyon 5 min manat təşkil edəcək. Bu məbləğin 97,8 faizi əhali üzrə xərclərə sərf ediləcək. Gələn il pensiya xərcləri 6,24 faiz artacaq, əmək pensiyalarının miqdarında isə 6,8 faiz yüksəlmə olacaq”.

Hazırda müzakirələr davam edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm