"Əmək haqqı artımı deputatlara, dövlət qulluqçularına da aid edilməlidir" - Millət vəkili
Bizi izləyin

Sosial

"Əmək haqqı artımı deputatlara, dövlət qulluqçularına da aid edilməlidir" - Millət vəkili

"Sosial müavinətlərlə bağlı islahatların artırlmasına ehtiyac var".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, hazırda sosial müavinətin məbləği çox aşağıdır:

“Sosial müavinətlərlə bağlı islahat aparmalıyıq. Hazırda sosial müavinət növlərinin sayı 20-dir. Lakin bəzi sosial müavinətlər var ki, onlar üçün aylıq ödənişlər 5-12 manat məbləğindədir. Əlbəttə, bu məbləğ həmin əhalinin həyat şərauitinin yaxşılaşdırması üçün o qədər də effektli rəqəm hesab edilə bilməz. Yaxşı olar ki, sosial müavinətlərin çeşidini azaldaq, lakin verilən məbləğ artırılsın. Bununla yanaşı, biz planlaşdırırdıq ki, ehtiyac meyarı qaldırılıb yaşayış minimumuna çatdırılmalıdır. Lakin ildən-ilə bu rəqəm arasında ciddi fərq müşahidə edilir ki, bu da kasıblıq həddində olan vətənsaşalrın sayını artıracaq”.

Millət vəkili bildirib ki, əməyin qarşılığının ödənilməsində tarif cədvəlinə yenidən baxılmalıdır:

“Dövlət qulluqçuları, millət vəkilləri də bu siyahıya salınmalıdır ki, maaş artanda hər kəsin maaşına təsir etsin. İnflyasiyaya uyğun olaraq, maaş artımı hər kəsin əmək haqqına təsir etməlidir. Bundan qorxmaq lazım deyil. Əmək haqqı 4 faiz artsa da, inflyasiya 14 faiz olub. Bu da nəzərə alınmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm