Siyavuş Novruzov: “Avtobusda gediş haqqı bahalaşacaqsa...”
Bizi izləyin

Sosial

Siyavuş Novruzov: “Avtobusda gediş haqqı bahalaşacaqsa...”

"Qarabağ müharibəsi veteranlarına verilən vəsaitin miqdarı artırılmalıdır".

Publika.az xəbər verir ki, bu fikri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib.

Millət vəkili illərdir onlara ayrılan məbləğin dəyişmədiyinə diqqət çəkib:

“Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min, onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. Həmin vəsait təyin olunandan bu günə qədər dəyişməyib. Kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik edilməlidir”.

S.Novruzov onu da əlavə edib ki, bu məsələyə fərqli yanaşma var:

“Azərbaycanda Qarabağ veteranları, Əfqanıstan veteranları, şəhid ailələri var. Onların sayı çoxaldıqca, sosial müdafiəsi ilə məşğul olmalıyıq. Avtobusda gedişhaqqı 20 qəpikdir, bu bahalaşacaqsa, onlara verilən vəsait də artırılmalıdır. Çünki xərclər çoxalır. Vətəndaşımız dövlət orqanından narazı düşməlməli, öz haqqını almalıdır. Azərbaycanda şəhid ailələri və veteranlar üçün evlər verilir, lakin Əfqanıstan veteranlarına verilmir. Hər ev paylananda onların 4-5 nəfərinə ev vermək olar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm