Aydın Əliyev Daşkəsəndə qəbul keçirdi - - FOTO
Bizi izləyin

Sosial

Aydın Əliyev Daşkəsəndə qəbul keçirdi - - FOTO

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edib.

DGK Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhər sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm