Vəkillər Kollegiyasına yeni sədr seçildi
Bizi izləyin

Sosial

Vəkillər Kollegiyasına yeni sədr seçildi

Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

A.Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin dekabrın 7-də keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib.

A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm