Sosial
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilir - - FOTOLAR
Dekabrın 7-də “Bulvar Hotel”də Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilir.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifəsini icra edən Fərhad Nəcəfov tədbirdə çıxış edərək konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkillik qurumlarının nümayəndələrinin və fərdi vəkillərin, dövlət və qeyri-hökumət təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirak etdiklərini bildirib.
Sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov qurumun 2012-2017-ci illərdə fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda Vəkillər Kollegiyası Rəyasət Heyətinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Çıxışlardan sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və müavinləri, eləcə də üzvləri vəzifələrinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, vəkil Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni sədri, Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, komissiyanın sədri seçilib.
Sonra gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vəkillər Kollegiyasının Nizamnaməsinə əlavə və dəyişikliklər, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməsi yeni redaksiyada qəbul edilib, qurumun 2017-2022-ci illər üzrə büdcəsi təsdiqlənib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!