Sosial
Vəkilliyə sənəd qəbulu başlayır
Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasına qəbul olunmaq üçün sənəd qəbulunu bərpa edir.
Publika.az-a Kollegiyadan daxil olan məlumatda bildirilir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiq etmələri zəruridir.
Sənədlər Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:
1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonları: 596-32-71, 594-14-95.
Vəkilliyə test imtahanının keçirilməsi barədə əlavə məlumat veriləcək.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"