Məhsullarında virus aşkarlanan şirkətin Azərbaycan təmsilçiliyindən AÇIQLAMA
Bizi izləyin

Sosial

Məhsullarında virus aşkarlanan şirkətin Azərbaycan təmsilçiliyindən AÇIQLAMA

Fransanın məşhur “Lactalis” şirkəti salmonella virusu qorxusu ilə bəzi uşaq südü məhsullarını geri qaytarıb. Şirkətin Azərbaycandakı təmsilçisi olan "Lactalis Caspi" MMC ölkəmizə idxal edilən məhsullarda virus təhlükəsinin olub-olmamasında aydınlıq gətirib.

MMC-dən Publika.az-a verilən məlumatda, belə bir xəbərdarlığın olmadığı bildirilib:

“Məhsullar Azərbaycana gətiriləndə yoxlanılır və standartlara uyğun olub-olmaması müəyyən edilir. Yalnız bundan sonra məhsulların ölkəyə gətirilməsinə razılıq verilir. Lakin şirkət məhsullarında salmonella virusunun aşkar edilməsi barədə təmsilçi olaraq bizə şirkətdən heç bir məlumat verilməyib”.

Azərbaycanda “Lactalis” şirkətinin “Prezident qalvani” “Lakbel” “Bribel” adlı məhsulları ölkəmizdə satışdadır.

Gülxar

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm