Bu abonentlərin İŞIQLARI KƏSİLƏCƏK - “Azərişıq”dan XƏBƏRDARLIQ
Bizi izləyin

Sosial

Bu abonentlərin İŞIQLARI KƏSİLƏCƏK - “Azərişıq”dan XƏBƏRDARLIQ

“Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, dekabrın 19-da saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq həmin abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakcilara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm