Komitədən "Oksiam-B" dərmanının idxalı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Sosial

Komitədən "Oksiam-B" dərmanının idxalı ilə bağlı AÇIQLAMA

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a daxil olan məlumatda dərman preparatının Türkiyədə "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkəti tərəfindən istehsal edildiyi və "Dihac" MMC tərəfindən idxal olunduğu bildirilir.

Yayılan məlumatla əlaqədar DGK-nin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan "Dihac" MMC tərəfindən Azərbaycan ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur: "Bu dərman preparatı ölkə ərazisinə "Norma Med" MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, "Oksiam-B" adlı dərman preparatının "Dihac" MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm